SON DƏQİQƏ: MSK-dan ŞOK QƏRAR - Bu dairənin NƏTİCƏLƏRİ LƏĞV EDİLDİ/VİDEO
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: MSK-dan ŞOK QƏRAR - Bu dairənin NƏTİCƏLƏRİ LƏĞV EDİLDİ/VİDEO

MSK-nın iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsində baş vermiş qanun pozuntularına dair şikayətə baxılır.

Publika.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bir neçə namizədin şikayətində müşahidəçiliyə imkan verilmədiyi bildirilib. A.Muxtarova konkret seçki məntəqələrində baş verən konkret pozuntuları sadalayıb. O, deyib ki, araşdırma zamanı qanun pozuntularının bir çoxu araşdırma öz təsdiqini tapıb, müşahidəçilərə protokollar təqdim edilməyib. Hazırda məsələnin müzakirəsi davam edir.

Arifə Muxtarova bildirib ki, bu dairədə seçicilərin öz iradəsini ifadə etməsi mümkün olmayıb.

MSK katibi qeyd edib ki, bu seçki dairəsi üzrə 49 seçki məntəqəsindən 29-da səsvermənin nəticələri etibarsız hesab edilməlidir ki, bu da seçicilərin 25 faizindən çoxudur.

Onun sözlərinə görə MSK-nın Ekspert Qrupunun bu dairə üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməli olduğu qənaətinə glıib.

A.Muxtarova bu dairədə səsverməni nəticələrinin etibarsız hesab edilməsinə dair hazırlanan qərar layihəsini oxuyub. Hazırda qərar layihəsi ətrafında müzkairələr gedir.

MSK üzvü Şaitdin Əliyev qərar layihəsinin lehinə çıxış edib. MSK katibi Mikayıl Rəhimov da qərarı dəstəklədiyini vurğulayıb. Müzakirədən sonra bu seçki dairəsində nəticələr ləğv olunub.

Qeyd edək ki, 80 saylı dairə üzrə Çingiz Qənizadə 45,4 faiz səslə lider namizəd idi.

*****

ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler MSK-ya müraciət edərək müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarın akkreditasının ləğv edilməsini xahiş edib.

Publika.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov məsələnin müzakirə edilməsinə ehtiyac olduğunu bildirib. MSK üzvlərinə ardıcıllıqla söz verilib. MSK sədri deyib ki, bu məsələnin Azərbaycana qarşı hansısa tədbir görülməsinə əsas ola biləcəyini düşünmür. O, əlavə edib ki, Aygün Atarın bu məsələdə mövqeyinin öyrənilməsi vacibdir: “Əgər Aygün Attar bizi məhkəməyə versə MSK pis vəziyyətdə qala bilər. Üstəlik artıq müşahidə missiyasının faəliyyətinin başa çatmasına bir neçə gün qalıb. Artıq səsvermə də arxada qalıb”.

MSK sədrinin müavini Rövzət Qasımovun ATƏT-in mövqeyinin nəzərə alınmalı olduğunu vurğulayıb.

Müzakirədən sonra A.Attarın akkreditasiyası ləğv olunub.

*****

Mərkəzi Seçki Komissiyasının iclası nəzərdə tutulan vaxtdan 15 dəqiqə sonra başlayıb.

Publika.az xəbər verir ki, hazırda iclasda çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov ATƏT DTİHB-in müraciəti barədə məlumat verir. O qeyd edib ki, ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarın akkreditasının ləğv edilməsini xahiş edib.

R.Qasımov bu halın ilk dəfə baş verdiyini bildirib və müraciətin təmin edilməli olduğunu və Aygün Attara müşahidəçilik üçün verilən akkreditasiya lövhəciyinin ləğv edilməli olduğunu vurğulayıb.

Sədr müavini bununla bağlı hazırlanmış qərarı oxuyub.

ATƏT DTİHB nümayəndəsi deyib ki, A.Attarla bağlı müraciətə onun davranış qaydalarını pozması səbəb olub.

*****

16:07

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov sədrlik edir.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının müraciətinə, Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş şikayətlərə baxılır.

İclasda seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri də iştirak edirlər.

Səxavət,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm