Nida Xəbər
Həbsdən azad edilən Əlövsət Əliyev DANIŞDI: Guya mənimlə...
Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev cümə axşamı günü "şərti azadlığa buraxılıb".
Bu barədə BBC News Azərbaycancaya danışan Əlövsət Əliyev deyib ki, nə üçün həbs edilməsi əvvəlcə ona açıqlanmayıb.
"Məni nə üçün saxladıqlarını əvvəlcə mənə demədilər. Daha sonra dedilər ki, mənim haqqımda olan şikayətlər əsasında telefonumu dinləyiblər. Telefonuma, Vatsapıma həm Almaniyadan, həm də Azərbaycandandan çoxlu sənədlər gəlib. Onlar da düşünüblər ki, ola bilsin qanunsuz sənədlər bu formada gəlir. Ancaq mən tərcümə firmasıyam, sənədlər tərcüməyə gəlir.
Eyni zamanda bəzən də insanlar sənədlərini göndərir ki, məzmunun nədir, necədir? Sənəddə nə düzdür, nə səhvdir? Guya mənimlə vətəndaşların əlaqəsi çoxdur. Ancaq mən Almaniyaya gələndə artıq miqrasiya üzrə tanınmış mütəxəssis idim. Bunlar isə burada bunu bilmirlər",- Əlövsət Əliyev deyib.
Onun sözlərinə görə, saxlanmağının əsası kimi Azərbaycan əsilli bir mühacirin ona qarşı "yalnış ifadə" verməsi olub.
Əlövsət Əliyev bildirib ki, o, şərti azadlığa buraxıldığı üçün hələlik bu məsələ ilə bağlı ətraflı məlumat verə bilməyəcək.
Almaniya polisinin ötən il noyabrın 13-də miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə saxladığı səkkiz azərbaycanlının arasında Əlövsət Əliyev də olub. Həmin vaxt Əlövsət Əliyevlə görüşən vəkil Erich Althammer müvəkkilinin "heç bir Almaniya qanununu pozmadığını dediyini" bildirmişdi.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi








.jpg)





.png)












.jpg)
.jpg)





