Heç bir siyasi qrupda və partiyada təmsil olunmayacağam - Günel Səfərova
Bizi izləyin

Nida Xəbər

Heç bir siyasi qrupda və partiyada təmsil olunmayacağam - Günel Səfərova

"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş Günel Səfərova son günlər siyasi partiyada təmsil olunacağı ilə bağlı yayılan şaiyələrə cavab verib.

Günel Səfərova bu barədə öz feysbuk səhifəsində yazıb.

Həmin bəyanatı təqdim edirik:

"1997-ci ildən ictimai fəaliyyətlə məşğulam. 2015 və 2020-ci illər parlament seçkilərində iştirak etmişəm, hər ikisində nəticə göstərmişəm. Bu günə qədər heç bir siyasi partiyada və qrupda olmamışam (2015-də bir siyasi platformaya qısa müddətlik qatılmışdım, doğru olmasa da). Bundan sonra da heç bir siyasi qrupda və partiyada təmsil olunmayacağam. Müstəqil fəaliyyət göstərərək demokratiya uğrunda mübarizə aparacağam. Siyasi partiyada olmağı kimdənsə asılı olmaq kimi, təhkimçiliyin ayrı növü kimi qəbul edirəm. Bir daha vurğulayıram ki, müstəqil olsam da bitərəf də deyiləm, ölkəmin, vətəndaşımın tərəfindəyəm. Çünki fərqi vətəndaş bilir!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm