SON DƏQİQƏ: MSK bu dairələrlə bağlı QƏRAR VERDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: MSK bu dairələrlə bağlı QƏRAR VERDİ - (YENİLƏNDİ)

Mərkəzi Seçki Komissiyasına parlament seçkiləri ilə bağlı ümumilikdə 177 müraciət daxil olub. Onlardan indiyədək 97-nə baxılıb. Bu gün 42 müraciətə baxdıq.

Publika.az xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, ümumilikdə 139 şikayətə baxılıb. Bundan sonra baxılmamış 38 müraciət qalıb.

MSK sədri daxil olan şikayətləri başa çatdırmaq üçün MSK-nın iclaslarının hər gün keçirilməli olduğunu bildrib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 46 saylı Şirvan seçki dairəsi və 88 saylı Göyçay seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Həmin şikayətlərin müvafiq dairə seçki komissiyaların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

***

MSK katibi Arifə Muxtarova bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan müvafiq DSK-ya göndrilməlidir. Bu barədə müvafiq qərar qəbul edilib.

A.Muxtarova daha sonra bildirib ki, 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər seçki dairəsi üzrə (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlər qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndərilməlidir.

MSK sədri Məzahir Pənahov bildirib ki, vaxtı keçmiş müracitlərin heç bir alternativi yoxdur: “Bizim vaxtı ötmüş şikayətlərə baxmaq səlahiyətimiz yoxdur”.

Daha sonra bu şikayətlərin ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.

***

16:01

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacaq.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Daxil olan müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və Ekseprt qrupunun üzvləri məlumat verirlər.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, MSK-nın bugünkü iclasında daha iki dairənin nəticəsinin ləğvi gözlənilir.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm