Özünüzü də təbliğ edin, amma bizi də gözdən salmayın - Məzahir Pənahov
Bizi izləyin

Nida Xəbər

Özünüzü də təbliğ edin, amma bizi də gözdən salmayın - Məzahir Pənahov

İndi əmin oldunuzmu ki, sizin şikayətinizə baxırıq. Hələ o gün MSK qarşısındakı aksiyada iddia etdiklərinizin də üstünə bir xeyli material əlavə edib baxırıq. Siz çöldə bizi qorxudurdunuz ki, şikayətinizə baxmayacağıq. Mən etiraz etmirəm, siz özünüzü də təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin.

Publika.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov 34 saylı Xətai ikinci seçki dairəsi üzrə Səməd Rəhimli, Vəsilə Hacıyeva, Nicat Qasımzadə və digərlərinin şikayətinin müzakirəsi zamanı Səməd Rəhimliyə müraciətlə deyib.

O qeyd edib ki, S.Rəhimli MSK önündə aksiya keçirənlərdən biridir.

MSK sədri təqdim edilmiş videolara özünün də baxdığını vurğulayıb: “Təqdim olunan videolarla MSK üzvləri və əməkdaşları ilə birgə mən də baxıram. Seçki həm də sosial şəbəkələrə görə yaxşı keçib. Sosial şəbəkələr çox cidi faktordur. Cəmi 3 faiz məntəqələrlə bağlı sosial şəbəkələrdə materiallar var, qalan 97 faizində seçkilər yaxşı keçib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm