• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Azərbaycanlılar bütün Avropanı SİLKƏLƏYİR - YENİLƏNDİ

Azərbaycanlılar bütün Avropanı SİLKƏLƏYİR - YENİLƏNDİ

Almaniya paytaxtında Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Publika.az xəbər verir ki, aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

***

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir.

Publika.az xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" SƏHİFƏSİNDƏ canlı yayımlanır.

Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində “Qarabağ Azərbaycanındır!”, “Terrora və işğala yox deyirik!”, “Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, “Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, “İşğala dayan deyirik!”, “Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlar tutublar.

Soydaşlarımızı aşağıdakı haştaqlar altında paylaşımlar etməyə çağırırıq.

***

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən mitinq fevralın 22-si saat 13:00-da baş tutacaq.

Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağa Azərbaycandır!”, “Biz terrora yox deyirik”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.

Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR