Nida Xəbər
Gəncənin Baş planı hazırlanır - Komitə məlumat yaydı
Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir.
Komitədən Publika.az-a verilən məlumata görə, əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının Komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək. Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərin iştirakı ilə bu həftə komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub.
Görüşdə şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünkü çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
İmzalanmış müqaviləyə əsasən, Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb.
Bununla yanaşı, komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhərin inkişafında iştirak edən aidiyyəti dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mövzuya dair ilkin müzakirələr aparılıb, şəhər infrastrukturuna yerində baxışlar təmin edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı, Gəncə və ölkənin bir çox digər şəhərlərinin sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan baş planların hazırlanması üzrə kompleks fəaliyyətini davam etdirir. Bu istiqamətdə işlərin müəyyən olunmuş müddətlər çərçivəsində və yüksək peşəkarlıqla görülməsi məqsədilə komitə bütün resurslarını səfərbər edib prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və aparıcı beynəlxalq standartlara uyğun təşkili üçün bütün səylərini əsirgəməyəcək.
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır


















.jpg)

















