Bu məntəqənin nəticələri LƏĞV EDİLDİ
Bizi izləyin

Nida Xəbər

Bu məntəqənin nəticələri LƏĞV EDİLDİ

MSK-nın iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizəd olmuş Sitarə Zeynalovanın şikayətinə onun özünün iştirakı ilə baxılıb.

Publika.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairə üzrə aparılan araşdırmada seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müşahidə olunmayıb: “Sosial şəbəkələrdəki bu dairə üzrə 10 məntəqədən videogörüntü var. Yalnız bir məntəqə - 8 saylı məntəqə üzrə şikayət öz təsdiqni tapıb”.

MSK katibi videogörüntüyə baxılmasını təklif edib. Ancaq videogörüntüyə baxış keçirilməyib. Müzakirədən sonra 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə bir məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul olunub.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm