Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanıdılmasıdır - PA rəsmisi
Bizi izləyin

Nida Xəbər

Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanıdılmasıdır - PA rəsmisi

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasımda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanıdılmasıdır: "Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir. Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır. Azərbaycan xalqı onların xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla onları yad edir. Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan artıq ölkənin parlamenti və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın, diplomatik nümayəndəliklərimizin və diaspor təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm