MSK 14 məntəqədə nəticələri LƏĞV ETDİ - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

MSK 14 məntəqədə nəticələri LƏĞV ETDİ - (YENİLƏNİR)

MSK-nın iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədlər Nurlan Abbaszadə, Mirhəsən Cabbarov və Toğrul İsgəndərlinin şikayətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayət əsasında aparılan araşdırma bu seçki dairəsi üzrə 4 və 6 saylı məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılmasına əsas verir.

Namizədlərin özünün də iştirakı ilə aparılan müzakirələrdən sonra MSK həmin məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılmasında dair qərar qəbul edib.

***

17:33

Mərkəzi Seçki Komissiyasının iclasında 110 saylı Zaqatala seçki dairəsi üzrə namizədlər Nurlana Cəlil və Fariz Həsənlinin şikayətinə baxılıb.

Bu şikayət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O qeyd edib ki, şikayət qismən təmin edilməli, həmin seçki dairəsinin 24 və 26 saylı məntəqələrində səsvermənin nəticələri ləğv edilməlidir.

Hər iki namizədin iştirakı ilə keçirilən müzakirədən sonra 110 saylı Zaqatala seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.

***

17:18

MSK-nın iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə namizədlər Əlirza Kərimli və digərlərinin şikayətinə baxılıb.

Bu bardə MSK üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, sözügedən şəxslər müvafiq DSK-nın qərarını mübahisələndiriblər: “Onlar şikayətə 6 protokol təqdim ediblər. Şikayət əsasız olduğundan tədim olunmamalıdır”.

Şikayət təmin edilməyib.

Daha sonra 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizəd Turqut Qəmbərin şikayətinə baxılıb. Bu şikayət də əsassız olduğundan təmin edilməyib.

***

MSK-nın iclasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə namizəd Əflan İbrahimovdan daxil olmuş şikayətə baxılıb.

MSK üzvü İlkin Şahbazov bildirib ki, şikayət qismən təmin edilməli, həmin seçki dairəsi üzrə 9 məntəqədə səsvermənin nəticələri ləğv edilməlidir.

MSK həmin seçki dairəsi üzrə 9 məntəqədə seçkinin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.

***

17:04

MSK-nın iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə namizəd Gülməmməd Abdullazadənin şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov şikayət əsasında dairə üzrə yalnız 34 saylı məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib.

MSK həmin məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb.

***

MSK-nın iclaısnda 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizəd Xalid Bağırovun şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucovun şikayətin əsassız olduğunu bildirib.

Müzakirədən sonra şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib

***

MSK-nın iclasında 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizəd Yadigar Sadıqlının şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, Yadigar Sadıqlı 73 saylı Lənkəran şəhər seçki dairəsinin qərarından MSK-ya şikayət edib: “Bu, həmin DSK-ya daxil olmuş yeganə şikayətdir. Araşdırma ilə şikayətdə göstərilən hallar təsdiqini tapmayıb və DSK-nın 20 fevral tarixli qərarı qüvvədə saxlanılmalıdır”.

Yadigar Sadıqlı özü bildirib ki, bülletenlərlə tanış olmaq üçün müşahidəçilərə imkan yaradılmayıb və digər pozuntular baş verib.

MSK sədri Məzahir Pənahov əsas olacağı təqdirdə nəticələri ləğv etməyə meyilli olduqlarını bildirib.

Müzakirədən sonra şikayət təmin edilməyib.

***

16:48

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 85 saylı Şamaxı seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Publika.az xəbər verir ki, həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək seçki günü həmin dairədə qanun pozuntularına yol verildiyini qeyd edib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb. Buna görə də R.İbrahimov namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

***

16:43

MSK-nın iclasında ilk olaraq 29 saylı Səbail seçki dairəsi üzrə namizəd Fərəc Kərimovun şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, MSK üzvü Ramiz İbrahimov bildirib ki, F.Kərimov sözügedən DSK-nın nəticələrini mübahisələndirib və səsvermə günü bütün məntəqələrdə pozuntuların olduğunu bildirib: “Onun göndərdiyi diskə bnaxılıb, hər hansı pozuntu aşkar edilməyib”.

MSK şikayətin əsassız sayılmasına dair qərar qəbul edib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün növbəti iclası keçirilir.

Publika.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır. Şikayətlər barədə məlumatı MSK katibi Arifə Muxtarova, MSK-nın və Eksepert qrupunun üzvləri oxuyurlar.

MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi də daxildir.

Bundan əlavə gündəliyə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi də daxildir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm