Yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi - QƏRAR
Bizi izləyin

Nida Xəbər

Yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi - QƏRAR

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokol tərtib edib.

Publika.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunması müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Milli Məclisə seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə burada tanış ola bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm