Metroda koronavirusla bağlı PROFİLAKTİK TƏDBİRLƏR
Bizi izləyin

Nida Xəbər

Metroda koronavirusla bağlı PROFİLAKTİK TƏDBİRLƏR

Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.

Bakı Metropoliteni QSC-dən Publika.az-a bildirilib ki, gecə saatlarında "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq.

Profilaktik dezinfeksiya işi saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.

Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm