Azərbaycanın bu dəhşətli silahı ermənilərin kabusu olacaq - Aylar sonra...
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın bu dəhşətli silahı ermənilərin kabusu olacaq - Aylar sonra...

“Türkiyənin Suriya qüvvələrinə qarşı hücumda dron sürülərindən istifadə etməsi xəbəri Azərbaycanda da geniş maraq doğurub. Hətta "biz niyə bu texnologiyadan istifadə etməyək" sualını səsləndirənlər də var”.

Publika.az xəbər verir ki, bu sözləri “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov qeyd edib.

O bildirib ki, dron istehsalı sahəsində fəaliyyət göstərən yerli bir şirkətimiz tərəfindən bu sahədə işlər aparılır: “GPS olmayan ərazilərdə uçuş edə bilən dronlar yaradılıb. Hazırda bu dronlar üçün üztanıma alqoritmləri işlənir. Səbir edək, yaxın bir neçə aya müasir texnologiyalara sahib yerli dronlarımız düşmənin kabusuna çevriləcək”.

R.Süleymanov qeyd edib ki, hər bir müasir texnologiyanın milli olaraq yaradılması üçün Müdafiə Nazirliyindən, yaxud digər güc strukturlarından sifariş verilməlidir: “Şirkətlərimiz öz hesablarına araşdırma və tədqiqatlara (Ar-Ge) böyük vəsaitlər sərf edərək texnologiyanı yaratsalar da, bəzi qurumların satınalmaya məsul şəxsləri yerli məhsul yerinə xaricdən daha keyfiyyətsiz, geridə qalmış texnologiyanı almağa üstünlük verirlər. Nəticədə, xaricdən alınan dron ya düşmənin radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalıb yerindən qalxa bilmir, ya da ən yaxşı halda neytral zonada düşür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm