Səfər Mehdiyev Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Səfər Mehdiyev Səudiyyə Ərəbistanının səfiri ilə görüşdü

Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın yüksək səviyyədə olduğunu, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

Səfər Mehdiyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Səfər Mehdiyev daha sonra hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərinə toxunaraq gömrük işinin təşkili istiqamətində əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Səfir eyni zamanda, iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini bildirib. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm