Azərbaycanda nazir İŞDƏN ÇIXARILDI
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda nazir İŞDƏN ÇIXARILDI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, həmin sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.

V.Talıbovun digər sərəncamı ilə Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.

Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm