Miqrasiya sahəsi dinamik inkişaf edib - Vüsal Hüseynov
Bizi izləyin

Nida Xəbər

Miqrasiya sahəsi dinamik inkişaf edib - Vüsal Hüseynov

2019-2020-ci illərdə miqrasiya sahəsi dinamik inkişaf edib.

Publika.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu ilin 2 ayı ərzində ölkəyə gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb: “Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı isə 29 faiz artıb. Olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında 0,4 faiz artım müşahidə edilib. Daimi yaşama icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün üzrə 23 faiz artım qeydə alınıb. Readmissiya olunan şəxslərin sayı isə 52 faiz artıb”.

V.Hüseynov 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayının 32 olduğunu və bunun da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz az olduğunu deyib. DMX sədri koronavirusla əlaqədar 2020-ci ildə ölkəmizə gələn əcnəbilərin sayında azalma müşahidə olunduğunu qeyd edərək, Çin vətəndaşlarının ölkəyə gəlməsi məsələsinə də aydınlıq gətirib: “Martın 3-nə olan rəqəmə görə, ölkədə 539 Çin vətəndaşı var ki, onların 69-u fevralın 1-dən sonra gəlib. Koronavirus təhlükəsi ilə bağlı Çinə bütün aviareyslər məhdudlaşdırılıb. Hazırda ölkədə Çin vətəndaşları var. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etməsi mümkün deyilsə, vəziyyət DMX tərəfindən nəzərə alınır”.

DMX sədri Azərbaycana suriyalı qaçqınların gəlməsi ilə bağlı heç bir müraciət olmadığını da bildirib.

Turanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm