Şəhid olan sərhədçi medalla təltif edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Şəhid olan sərhədçi medalla təltif edildi - FOTO

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.

Medal Dövlət Sərhəd Xidmətinin rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm