
Nazirlər Kabinetinə daxil olan şəxslərin hərarəti yoxlanılır.
Publika.az-a açıqlama verən kabinetin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu tədbir koronavirus təhlükəsi ilə əlaqədardır.
O qeyd edib ki, Nazirlər Kabinetinin binasına daxil olan şəxslərin hərarəti xüsusi qurğu ilə yoxlanılır.