Baş nazir MÜHÜM SƏRƏNCAM imzaladı
Bizi izləyin

Nida Xəbər

Baş nazir MÜHÜM SƏRƏNCAM imzaladı

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda deyilir:

“AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1719; 2018, № 6, maddə 1373) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.6. üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması ilə bağlı qeydi olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti.”.

2. 2.3-cü bənddə “2 (iki)” rəqəm və sözü “3 (üç)” rəqəm və sözü ilə əvəzedilsin.

3. 2.4-3-cü bəndə “Maliyyə Nazirliyinə” sözlərindən sonra “(o cümlədən, həmin nüsxənin skan edilmiş surəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin elektron poçt ünvanına göndərilməklə)” sözləri əlavə edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm