• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

"Bu yalanı yayanların üzr istəmələrini gözləyirəm" - Millət vəkili

"Bu yalanı yayanların üzr istəmələrini gözləyirəm" - Millət vəkili

Xaricdə oturub yalan siyahılar yayan Həbib Müntəzir adlı yalançı və böhtançının guya mənim və ailəmin biznesi olduğunu bildirərək yaydığı siyahı ilə bağlı daha geniş açıqlamam olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Həbib Müntəzirin yaydığı siyahıya cavab olaraq bildirib. Millət vəkili deyib ki, Bakıda üçotaqlı mənzildən və illərdir yaşadığı Masazır kəndindəki evindən başqa o siyahıdakı mülklərin ona heç bir aidiyyəti yoxdur:

“Masazırdakı evimdə isə bir çox jurnalist qonaq olub və oranı hamı görüb. O evin “dəbdəbəli villa” olmasından söhbət gedə bilməz.

Tam məsuliyyətlə deyirəm: o siyahıda rayonlardakı bizneslərim, o cümlədən Tovuzda otelin mənə, qardaşlarıma, bacıma, bir sözlə, bizim ailəyə aidiyyəti yoxdır. Hansı jurnalist istəyir, o siyahını araşdırsın, gerçəkləri ortaya çıxarsın. Görsünlər ki, həmin yerlər kimindir və mənim ailəmlə ümumiyyətlə hər hansı bağlılığı varmı?!"

Q.Paşayeva bildirib ki, bu araşdırmanı aparmaq çox asandır:

“Amma ondan sonra yalançı və böhtançı Həbib Müntəzir başda olmaqla, bu yalanı yayanların hamısından cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Daha geniş açıqlama da olacaq. Yalanlara artıq yetər deməyin zamanıdır. Mən illərlə, gecə-gündüz onun üçün çalışmıram ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın. Mən jurnalist olmuşam və Həbib Müntəzirə də, siyasi düşüncələrimdən, cənab Prezidenti dəstəklədiyimdən dolayı əleyhimə sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətim, çox şükür, çatır. Sadəcə, onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyət üçün faydalı işlərə sərf etmək daha vacibdir. Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab da verməlidir”.

Q.Paşayeva bir daha qeyd edib ki, o siyahıda olan Bakıdakı üçotaqlı mənzili və Masazırdakı evindən başqa onun adına nə yazılıbsa, hamısını o insanlara bağışlayır:

“Gedin həmin ünvanlara, onda gerçəklər ortaya çıxacaq. Adama daha necə izah edərlər?! Amma təəssüf ki, Həbib Müntəzir kimilərinin dərdi gerçəyin ortaya çıxması deyil, yalanları yaymaqdır. Ona heç cavab da verməyəcəkdim. Sadəcə, yazdıqlarına sadə insanlarımız inana bilər deyə, vətəndaşlarımıza sayğımdan yazdım. Çünki Müntəzirlər əslində məqsədli bu yalanı yayıb”.

Q.Paşayeva sonda H.Müntəzirin “siyahısını” da yayıb:

* Bakı, Nəsimi rayonu, S.Əsgərova küç., ev 156 - şəxsi mənzili

* Badamdar, Masazır, Şamaxı, Mehdiabadda dəbdəbəli villalar

* “Kristal Abşeron” yaşayış kompleksində mənzillər

* Sumqayıtda “Qurd dərəsi” bağlarında böyük bir bağı

* Xudat meşəsində böyük bir ferması

* Siyəzəndə quşçuluq fabriki

* Qubada xüsusi sort ting qoz ağacı sahələri, alma bağları

* Qusar rayonunda hektarlarla fındıq bağları

* Xaçmaz rayonu, Maqsudkənd ərazisində findiq bağları

* Tovuz rayonunda dəbdəbəli oteli və iri ferması

* Maştağa qəsəbəsi, “Sovxoz” adlanan yerdə hektarlarla istixanalar

* Sabirabadda hektarlarla qarpız sahələri

* Bakının Zirə kəndində istixanalar

* Salyan rayonu, Xələc kəndində böyük ərazidə üzüm bağları, sarımsaq sahələri

* Şabran, Xaçmaz, Tovuzda hektarlarla bağları

* Bakının Mehdiabad qəsəbəsində iri bir ferması

* Sumqayıt Texnologiya Parkı ilə üzbəüz zavodu

* Xudat istiqamətində hektarlarla gilas bağları

* Bakıda “Əcəmi” metrosunun çıxışında obyektləri

* Sumqayıtda “Turan” restoranlar şəbəkəsinə “krişalıq” etdiyi deyilir

* Sumqayıt-Novxanı-Binəqədi marşrutu ilə işləyən 985 nömrəli avtobus xətti

* Ələtdən üzü Salyana sağ tərəfdə, Şirvan kanalının sağında böyük bir balıq gölü

* Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri olduğu iddia olunur…

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR