Milli Məclisin komitə sədrləri ONLAR OLDU - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin komitə sədrləri ONLAR OLDU - YENİLƏNDİ

VI çağırış Milli Məclisin bnu gün keçirilən ilk iclasında komitə sədrləri seçilib.

Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, Adil Əliyev Gənclər və idman komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin sədrləri seçiliblər. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm