Nida Xəbər
Azərbaycanla Misir hərbi əməkdaşlığı müzakirə etdi
Martın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycan ilə Misir arasında mövcud dostluq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun daim inkişaf etdiyini qeyd edən nazir hərbi sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki sabitliyə mənfi təsir göstərir.
Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşdə tərəflər hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom