Vaterlo şəhərinin meri Azərbaycan diasporunun məktubuna cavab verdi
Bizi izləyin

Nida Xəbər

Vaterlo şəhərinin meri Azərbaycan diasporunun məktubuna cavab verdi

Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

Publika.az-ın məlumatına görə, mer məktubda qeyd edib ki, vəziyyət nəzarət altındadır, polis orqanları təhqiqata başlayıblar. Yazılı hesabat hazırlanıb. Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır.

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir. / Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm