Siyavuş Novruzovdan parlamentdə SƏRT ÇIXIŞ: "Az qalır ki, durub oynasınlar"
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzovdan parlamentdə SƏRT ÇIXIŞ: "Az qalır ki, durub oynasınlar"

Bu gün Azərbaycanda süni ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Deputat əlavə edib ki, istər dollar, istərsə də neftini qiymətinin düşməsindən ajiotaj yaratmağa çalışan qüvvələr var: "Bəzi mətbuat orqanları bu amili bilərəkdən qızışdırır. Əsasən də xaricdə oturanlar, internet televiziyaları. Mən bir internet kanalından baxırdım, adını çəkmək istəmirəm. Biri Azərbaycandan qoşulmuşdu, dərnək rəhbəri idi, digəri Osmanqızı. Az qalırdılar durub oynasınlar ki, neftin qiyməti düşüb, vəziyyət dəyişəcək və bunlar hakimiyyətə gələcək. Neftin qiyməti düşürsə, bundan hər kəs əziyyət çəkəcək. Neft pulu ilə məktəb, bağça, şəhid ailələrinə, əlillərə minlərlə mənzillər tikilir. Bu işlər xalq, insanlar üçün görülür. Hesab edirəm ki, mütəxəssislər televiziyaya çıxıb insanlara deməlidir ki, həmin ajiotajlara inanmasınlar. Bu məsələdə insanlarımız narahat olmasınlar. Dövlət və dövlət başçısı insanların yanındadır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm