İbrahim Məmmədov: "Hazırda koronavirusa yoluxan 15 nəfər var"
Bizi izləyin

Nida Xəbər

İbrahim Məmmədov: "Hazırda koronavirusa yoluxan 15 nəfər var"

"Bizim ölkədə virus pandemiya vəziyyətində deyil".

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: "İndiyə qədər 3 nəfər sağalıb".

"Hazırda koronavirusa yoluxan 15 nəfər var", - deyə İbrahim Məmmədov qeyd edib.

İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm