Elman Rüstəmov "Atabank"dan danışdı
Bizi izləyin

Nida Xəbər

Elman Rüstəmov "Atabank"dan danışdı

"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun qüvvəyə minən kimi "Atabank" ASC ilə məşğul olacağıq".

Publika.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bildiyiniz kimi, əmanətlərin tam sığortalanması müddəti martın 4-də başa çatıb. Təxminən 2 həftədir ki, bu məsələdə boşluq yaranıb. Bu boşluq aradan qaldırılan kimi "Atabank"ın əmanətlərinə pullarını geri götürmək imkanı yaradılacaq. Bu bankdakı əmanətlər 100% qorunur və onlarla bağlı hər hansı problem görmürəm.

"Atabank"la bağlı narahatlıq var və bunun da obyektiv səbəbi mövcuddur. "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddəti uzadılan kimi işə başlayacağıq. Bu məsələ hər gün hökumətdə müzakirə edilir", - deyə o, qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm