AzTV-yə hücum: Düşmən koronavirusdur! - VİDEO
Bizi izləyin

Nida Xəbər

AzTV-yə hücum: Düşmən koronavirusdur! - VİDEO

Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başa düşülən deyil.

Publika.az xəbər verir ki, bu barədə AzTV-nin efirində gedən "Xəbərlər" proqramında bildirilib.

"Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaragüruh psixologiyası nümayiş etdirmələri insanı daha da narahat edir.

Əvvəla, bu gün AzTV efirinin 80%-ni vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün hara zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tok-şoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar, yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq sadəcə olaraq savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var. O da koronavirusdur. Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək, bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə, xahiş edirik ki, mətndə təkrar yerləşdirdiyimiz məlum süjetin yayımlandığı videomateriala bir də baxsın", - müraciətdə qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm