Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq
Bizi izləyin

Nida Xəbər

Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu qurumda tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsinin plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər) Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə (www.constcourt.gov.az) daxil olaraq onlayn şəkildə məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.

Əlaqə üçün telefon nömrələri: (012) 492 91 03, (012) 492 79 61 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm