“Azəriqaz” üç gün ərzində 500 müraciət cavalandırıb
Bizi izləyin

Nida Xəbər

“Azəriqaz” üç gün ərzində 500 müraciət cavalandırıb

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində tam iş günü rejimində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, martın 20-dən etibarən martın 22-si günorta saatlarına qədər 500 müraciət cavablandırılıb.

Müştəri xidmətləri Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional qazın satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) ümumilikdə 15 pəncərə üzrə həyata keçirilir. Bu işin icrasına Birliyin 20 nəfər əməkdaşı cəlb olunub.

Müraciətlərin çoxu itirilmiş və ya zədələnmiş smart kartların, koda düşmüş kartların və uğursuz əməliyyatların bərpası ilə bağlıdır. Bundan başqa 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqəli işlənilməklə vaxtında yerinə yetirilməsi üçün müraciətlər xidmət sahələri üzrə bölüşdürülür.

Qeyd edək ki, müştəri xidmətləri Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm