“Azər-ilmə” koronavirusla mübarizəyə 20 min manat ayırdı
Bizi izləyin

Nida Xəbər

“Azər-ilmə” koronavirusla mübarizəyə 20 min manat ayırdı

“Azər-ilmə” Xalçaçılıq Şirkəti Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manatlıq ianə edib.

Publika.az xəbər verir ki, bu vəsait Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə ayrılıb.

Şirkətdən bildirilib ki, Kononavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması çox mühüm əhəmiyyətə malikdir: "Dövlət başçısının bütün dünyada yayılan və pandemiya elan olunan koronavirusla mübarizə ilə bağlı qəbul etdiyi qərarlar Prezidentimizin əhalinin sağlamlığına nə qədər həssas yanaşdığının növbəti təzahürüdür. Əminik ki, humanist, qayğıkeş Azərbaycan xalqı bu işdə də həmrəylik nümayiş etdirəcək, bu bəlaya qarşı birgə mübarizə apararaq ona qalib gələcəkdir. Koronavirusla birgə mübarizə aparmalı,dövlətimizə bu sahədə dəstək olmalıyıq. İndiki çətin dövrdə bu bizim vətəndaşlıq borcumuzdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm