Nida Xəbər
Milli Məclisdən koronavirus QƏRARI: Prezidentin sərəncamı hərəkətə keçirdi
Koronovirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf ki, sürətlə yayılmaqdadır. Qlobal pandemiya elan olunan koronovirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisi də ölkə ərazisində koronovirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır.
Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Parlament Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir.
Belə ki, Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq əmək haqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq