Nida Xəbər
Nazirlər Kabinetində ölkədəki vəziyyət müzakirə edildi - QƏRARLAR QƏBUL EDİLİB
Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.
Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.
Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı