DSX sərhəddə erməni təxribatının qarşısını aldı
Bizi izləyin

Nida Xəbər

DSX sərhəddə erməni təxribatının qarşısını aldı

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iriçaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətindən Publika.az-a bildirilib ki, düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm