Nida Xəbər
Milli Məclisin iclası başladı - Koronavirusla mübarizə müzakirə olunur - (YENİLƏNDİ)

Milli Məclisin növbəti plenar iclası başlayıb.
Publika.az xəbər verir ki, iclası açıq elan edən Milli Məclisin spikeri Sahibə Qafarovanın təklifi ilə son 100 ildə və ondan əvvəlki dövrdə erməni şovinistlərinin qurbanı olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
S.Qafarova bildirib ki, Milli Məclisin plenar iclasları internet üzərindən keçirilə bilər. Onun sözlərinə görə, texniki imkanlar imkan verdiyi təqdirdə, bunu həyata keçirmək mümkündür.
Daha sonra spiker son günlərin gündəmini narahat edən koronavirus infeksiyası və ona qarşı Azərbaycanda aparılan qabaqlayıcı tədbirlərdən söz açıb. O bildirib ki, Azərbaycanda virusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilir, tədris təxirə salınıb, iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb və digər tədbirlər həyata keçirilib.
Milli Məclis əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan artıq vəsait köçürdüyünü deyən spiker əlavə edib ki, hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir. O, Azərbaycanın bu vəziyyətdən üzüağ çıxacağına inandığını qeyd edib.
Qeyd edək ki, millət vəkillərinin gündəliyinə 16 qanun layihəsi təklif edilib.

-
Region00:34
Ceyhun Bayramov bu gün İrana gedəcək
-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...