Bu qərar vətəndaşlara böyük dəyərin göstəricisidir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Bu qərar vətəndaşlara böyük dəyərin göstəricisidir - ŞƏRH

Hazırda bütün dünyanın mübarizə apardığı yeni növ koronavirusun(COVID-19) Azərbaycanda da geniş yayılmaması üçün ölkəmizdə bir sıra izolyasiya tədbirləri görülür. Bundan başqa, aidiyyəti qurumlar virusla mübarizə istiqamətində maarifləndirmə xarakterli tədbirlər də həyata keçrirlər ki, bütün bunlar da təqdir edilməlidir. Elə cəmiyyətimiz də dövlətin gördüyü işlərə dəstək olur, vətəndaş-dpvlət həmrəyliyinin nəticəsidir ki, verilən qərar, tapşırıq vət övsiyələrə kütləvi şəkildə əməl edilməsi də virusun geniş vüsət almamasına səbəb olub. Amma hələ də sosial məsuliyyətini dərk etməyən vətəndaşlarımız da var ki, belə şəxslərə də virus və onun ölkəmizdı törədə biləcəyi böyük fəsadları daha çox çatdırmaq, maarifləndirmək gərəkir.


Bu işdə isə cəmiyyətimizin aparıcı qüvvəsi sayılan gənclər daha aktiv olmalıdırlar. Elə Gənclər Mərkəzi ictimai birliyinin icraçı direktoru Kənan Qubadzadə Publika.az-a açıqlamasında mövzuya toxunaraq dedi ki, indi həmrəylik virusla mübarizədə bir nömrəli amilə çevrilməlidir:
“Bu gün dünya pandemiya kimi qəbul olunan koronavirusdan əziyyət çəkir. Təəssüf ki, bu xəstəlik artıq bizdə də yayılıb. Ölkə rəhbərliyi tərəfindən bu virusla mübarizə üçün ilk olaraq yanvarın 24-də Operativ Qərərgah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün isə cənab Prezident tərəfindən 1 milyard manat vəsait ayrıldı. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib
Ümumilikdə, dövlət dəstək proqramlarını maliyyə həcmi 2,5 milyard manatdır . Bu dəstək sistemi Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. Ümumiyyətlə nəinki indiki ağır dönəmdə, hər zaman insanlarımızın sağlamlığının qorunması Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üçün vacib məsələlərdən biri olub. Məhz buna görə cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva birillik əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladılar. Bundan əlavə bilirsiniz ki, Prezidentin "Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı"na uyğun olaraq 304 min muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılaraq limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır. Bütün bu qərarlar dövlət başcısı İlham Əliyevin xalqımıza göstərdiyi qayğının göstəricisidir.
Biz gənclər də çalışırıq ki, çətin günlərdə ölkə başçısının uğurlu siyasətinə dəstək olaq, könüllü olaraq koronavirusun nə qədər təhlükəli ola biləcəyi ilə bağlı insanlarımız arasında maarifləndirmə işləri aparaq. Dövlət tərəfindən koronavirusla mübarizədə aktiv olan könüllü gənclərimizə ayda 250 manat maaş veriləcək. Əlbəttə bu qərar gənclərə və zəhmətimizə verilən böyük dəyərin göstəricisidir. Biz gənclər ordusu olaraq daim cənab Prezidentin yanındayıq. Onun uğurlu siyasətini dəstəkləyirik. İnanıram ki, cənab Prezidentin uzaqgörən və zamanında verdiyi qərarlar sayəsində koronavirus bəlasından tezliklə qurtulacağıq. Hazırda bu məsələdə insanlarımızın üzərinə də böyük sosial məsuliyyət düşür. Bütün vətəndaşlarımıza Operativ Qərargahın qərarlarına və tövsiyələrə əməl etmələrini və şəxsi gigiyena qaydalarına riayət etmələrini məsləhət görürəm. Vətəndaşlarımız yalnız özlərinin təhlükəsizliyi üçün deyil, yaxınları və bütün cəmiyyətimiz üçün evdə qalmalıdırlar. Əminəm ki, biz bu bəladan həmrəy olaraq tezliklə qurtulacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm