Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA

İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.

Publika.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur:

"Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".

İ.Məmmədov əlavə edib ki, işləmək icazəsi olan şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə biləcəklər:

"Belə şəxslərjn avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur. Amma bu halda o, sərnişin daşıya bilməz. Eyni zamanda, avtomobilində kimsə varsa, onun da icazəsi olmalıdır"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm