Hökumətdən xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ
Bizi izləyin

Nida Xəbər

Hökumətdən xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ

Nazirlər Kabineti yanında Operativ Qərargah qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə və olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, həmçinin səfərlərdən çəkinməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə qərargahın bu gün yaydığı məlumatda qeyd edilib.

Operativ Qərargah eyni zamanda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm