Nida Xəbər
XİN: Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi
Cari ilin 31 mart tarixində Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib.
Xarici İşlər Nazirliyindən (XİN) Publika.az-a verilən məlumata görə, beynəlxalq təşkilatar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.
BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.
Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaqdır.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü