• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı

Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı

Nazirlər Kabineti Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR