BMT Azərbaycanın koronavirusa qarşı mübarizəsinə yüksək qiymət verib - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

BMT Azərbaycanın koronavirusa qarşı mübarizəsinə yüksək qiymət verib - Hikmət Hacıyev

Aprelin 2-də BMT Baş Assambleyasında koronavirusla mübarizəyə qarşı qətnamə qəbul olunub. Azərbaycan da burada iştirak edir. Azərbaycan tərəfindən ÜST-ün ekspert qrupu ölkəyə dəvət edilib. Ətraflı müzakirələr aparılıb və görülən işlərə yüksək qiymət verilib.

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: "Bu günə qədər xaricdən ölkəyə 15 mindən artıq vətəndaş gətirilib. Azərbaycana gətirilən vətəndaşlar xüsusi karantin zonalarına yerləşdiriliblər. Aprelin 20-dək Azərbaycana giriş-çıxış dayandırılıb. Əsas məqsəd odur ki, Azərbaycan Respublikasının aidiyyəti səhiyyə strukturları tərəfindən daxili yoluxma halları konsentrasiya olunsun və zəruri tədbirlər həyata keçirilsin. Bu xüsusda xaricdə olan vətəndaşlara göstərdikləri təmkinə görə təşəkkür edirik. Azərbaycan dövləti vətəndaşlarının yanındadır".

O bildirib ki, quru sərhəd keçid məntəqələrində xüsusi hallar nəzərə alınır: "Rusiya sərhədində cənazələrin gətirilməsi ilə bağlı müraciətlər olunub. İstisnalar əsasında cənazələrin ölkəyə gətirilməsi həyata keçirilib. Lakin aprelin 20-dək sərhədlər bağlı olacaq. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri zəruri və xüsusi ehtiyacı olan vətəndaşlarımıza müəyyən dəstəkləri göstərməyə davam edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm