Nida Xəbər
İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz"
"Xarici istehsalçılar tibbi maskanı baha satır. Yerli idxalçılar da onlardan məhsulu baha alaraq ölkəyə gətirir və satışa çıxarır".
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla belə, ölkə daxilində sadə tibbi maskanın qiyməti 30 qəpikdən baha ola bilməz: "Çünki idxalçılarla dövlət arasında razılaşma var. İdxal və satış qiymətləri arasındakı fərqli Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ödəyir".
İ.Məmmədov onu da bildirib ki, bu günlərdə Sumqayıtda maska istehsalı müəssisəsinin istifadəyə verilməsi maska satışında möhtəkirlik hallarının qarşısını alıb: "Tibbi maskanı satmayaraq gizlədən və baha satmağa çalışan şəxslər var idi. Artıq onların bazarı bağlanıb. "Bakı Tekstil Fabriki" MMC-yə məxus maska istehsalı müəssisəsi hazırda hər gün 120 min maska istehsal edir. Müəssisənin tam gücü ilə işə düşməsi üçün müəyyən müddət lazımdır. Amma bu gün ölkədə 5 milyon maska ehtiyatı var".
Qeyd edək ki, hazırda hər gün ölkənin apteklərinə 450 min maska paylanılır.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO