Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir- Spiker - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir- Spiker - (YENİLƏNİR)

Milli Məclisin növbəti plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, iclasa parlamentin sədri Sahibə Qafarova rəhbərlik edir. Spiker deputatları və media nümayəndələrini salamladıqdan sonra millət vəkillərini gündəliyi təsdiq etməyə səsləyib.

Daha sonra müzakirələr başlanıb.

Spiker Sahibə Qafarova martın 19-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı haqqında danışıb.

O bildirib ki, Prezident humanist addım ataraq koronavirus xəstəliyi ilə əlaqədar yaş və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 176 məhkumu əfv edib.

Sədr əlavə edib ki, bu addım insanlara qayğı göstərməklə yanaşı sübut edir ki, siyasi mənsubiyyəti, cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq insan həyatı Azərbaycan dövləti üçün mühümdür.

Sahibə Qafarova əlavə edib ki, Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizəsi və atdığı addımların mahiyyətində əhalinin sağlamlığını qorumaq durur: "Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda tibbi maska zavodunun açılışında iştirak etdi: “Həmin açılışda çıxışı zamanı Prezident koronavirusla mübarizəyə dair xalqa geniş məlumat verdi. Həmçinin qeyd edildi ki, 5 xəstəxananın açılması üçün dövlət büdcəsindən 15 milyon manat vəsait ayrılıb. Bu tədbirlər Prezidentin şəxsi nəzarətindədir. Bunlar göstərir ki, Azərbaycan koronavirusa qarşı mübarizədə ön sırada dayanır".

Sədr əlavə edib ki, koronavirusla mübarizədə iqtisadi fəallığın qorunması üçün dövlət mühüm addımlar atır: "Bununla bağlı lazımı addımlar atılır, aztəminatlı əhaliyə, kiçik və orta sahibkarlara dəstək göstərilir. Bütün bunlara görə cənab Prezidentə təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm