Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi
Bizi izləyin

Nida Xəbər

Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

Milli Məclis Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxıb.

Publika.az xəbər verir ki, bu barədə deputatlara komitə sədri Tahir Mirkişili məlumat verib.

Milli Məclisin deputatı Siyavuş Novruzov isə Elman Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirərək deputatları ona səs verməyə dəvət edib.

Deputat Aydın Mirzəzadə də Elman Rüstəmovu yüksək səviyyəli maliyyəçi kimi xarakterizə edib.

Sonda məsələ səsə qoyularaq qəbul edilib.

Elman Rüstəmov isə Prezidentə ona etimad etdiyinə görə təşəkkür edib. Bildirib ki, 1994-cü ildən ölkənin ən ağır durumlarında bu istiqamətdə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm