"Bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq" - Əli Əsədov
Bizi izləyin

Nida Xəbər

"Bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq" - Əli Əsədov

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.

Publika.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədovun videohesabatı dinlənilir.

Baş nazir hesabatı zamanı bildirib ki, koronovirus pandemiyasının dünya neft bazarında yaratdığı dalğalanmanın milli iqtisadiyyata mənfi təsirlərindən danışmamaq mümkün deyil: "Koronavirusun Azərbaycanda yaradacağı problemlərin qarşısını almaq üçün Prezident İlham Əliyev tərəfindən fevralın 27-də sərəncam verilib və Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Nazirlər Kabineti koronavirus xəstəliyinin qarşısını almaq üçün proqram müəyyən edib və hazırda müvafiq addımlar atılır. Epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimatlar var, eyni zamanda onların yerli istehsalını təşkil etmək üçün işlər aparılır”.

Əli Əsədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-də ölkə ərazisində görüləcək sosial izolyasiya tədbirləri haqqında məlumat verib:

"Aprelin 5-dən 20-nə qədər isə hərəkət məhdudiyyəti müəyyən olunub. Bu tədbirlərin tətbiqi qaçılmazdır.

Hökumət dünyada koronavirusla mübarizə proseslərini izləyir. Koronavirusun müəyyən mənfi təsirlər yaradacağı istisna edilmir. Amma bunun qarşısını almaq üçün hökumət çevik alətlədən istifadə edəcək.

Koronavirus xəstəliyinin ziyanını aradan qaldırmaq üçün Azərbaycan dövləti 1 milyard manat vəsait ayırıb. Bununla əlaqədar 4 işçi qrupu yaradılıb və vahid tədbirlər proqramı qəbul edilib.

Azərbaycan dövləti tərəfindən görülən tədbirlər xalqın sağlamlığı və dövlət təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu ağır sınaqdan az itkilərlə çıxmalı və xalqı qorumalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm