“Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb” - Deputat
Bizi izləyin

Nida Xəbər

“Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb” - Deputat

Xaricdə oturub anti-milli kampaniya aparan adamlar var. Bunların xalq qarşısında adlarını çəkməliyik, hamı onları tanımalıdır.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O, əlavə edib ki, Sevinc Osmanqızı və Cəmil Həsənli ABŞ-da oturub hər gün koronavirusa görə, Azərbaycanı tənqid edirlər: “ABŞ koronavirusa görə əziyyət çəkən ölkələrin önündə gəlir. Bu adamlar utanmasalar deyərlər ki, koronavirusu Azərbaycan yaradıb”.

Deputat həmçinin qeyd edib ki, Avropada Qənimət Zahid gecə-gündüz kampaniya aparır: “Polislərimiz, həkimlərimiz gecə-gündüz fəaliyyət göstərir, koronavirusla qarşı mübarizə aparırlar. Onlar üçünsə Azərbaycanda vəziyyət nə qədər ağırdırsa,bir o qədər yaxşıdır. Bu adamlar Azərbaycanın düşmənləridir. Onların burada Əli Kərimli və Milli Şura kimi dəstəkçiləri də var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm