Nida Xəbər
Qazaxda və Tovuzda karantini pozanlar cərimələndi
Azərbaycanın bölgələrində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Publika.az-ın məlumatına görə, gücləndirilmiş iş rejimində xidmət aparan Qazax Rayon Polis Şöbəsinin əməkdaşları sakinlər arasında profilaktik tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən, dezinfeksiyaedici vasitələrdən yararlanmağı tövsiyə edirlər.
Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.
Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, 1 şəxs barəsində isə rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Eyni zamanda Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir.
Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO