Deputatlarla bağlı iddiaya cavab: "Lazım olsa, siyahını açıqlayarıq"
Bizi izləyin

Nida Xəbər

Deputatlarla bağlı iddiaya cavab: "Lazım olsa, siyahını açıqlayarıq"

“Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, parlamentin bütün deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər: "Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm