Siyavuş Novruzovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm təklif
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm təklif

Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə bələdiyyələrlə bağlı hesabat ilə çıxış edib. İllik hesabat deputatlara təqdim edilib. Deputatlardan xahiş edirəm ki, hesabatı müdafiə etsin.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri əlavə edib ki, bələdiyyələrə hüquqi yardımın göstərilməsi, mənimsəmələrin qarşısının alınması və dövlət büdcəsinə qaytarılması, qeyri-qanuni aktların ləğv edilməsi vacibdir.

O, xatırladıb ki, ötən il 1274 akt qanunvericiliyin tələbinə uyğun olmadığı üçün yenidən qanuna uyğunlaşdırılıb: “Həmçinin bələdiyyələr arasında maarifləndirmə işinin aparılması da mühümdür. Bələdiyyələr 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Bələdiyyə üzvləri arasında hüquqi maarifləndirmə əhəmiyyətlidir. Bu mənada, Ədliyyə Nazirliyi, beynəlxaq qurumlar və Milli Məclisin müvafiq komitəsi belə seminarlarda iştirak edir, maarifləndirmə işi aparır”.

Komitə sədri xatırladıb ki, Azərbaycanda 125 seçki dairəsi var, amma 118 dairədə bələdiyyə seçkiləri keçirilir: “20-ildən artıqdır ki, Azərbaycanın işğal edilən ərazilərində seçkiləri keçirilmir. 20 ildir ki, bu ərazidə yaşamayan 1 milyon insan fundamental hüquqlarından mərhum edilib. Nə Avropa Şurası, nə Venesiya Komissiyası bu hüququn bərpa edilməsinin vacibliyinə dair mövqe sərgiləyib. Biz bu məsələləri beynəlxalq qurumlarda gündəmə gətirib konkret faktları deməliyik”.

Komitə sədri həmçinin əlavə edib ki, dövlət bələdiyyələrə dotasiya ayırır, onların fəaliyyətinə dəstək verir.

S.Novruzov bildirib ki, "Bələdiyyə seçkiləri haqqında" qanun ayrı olmalıdır: "Seçki Məcəlləsində xüsusi və ümumi hissə var. Burada müəyyən uyğunsuzluq var. Hər bir bələdiyyə üzvü üçün 74 səhifə sənəd hazırlanmalıdır. Eyni zamanda, belə sənədi prezidentliyə və ya deputatlığa namizəd hazırlanmalıdır. Hesab edirəm ki, bələdiyyə seçkiləri haqqında qanun ayrı olmalı və Seçki Məcəlləsindən çıxarılmalıdır. İkincisi, elə bir yer yoxdur ki, orada bələdiyyə seçkiləri eyni vaxtda keçirilsin. Biz bələdiyyə seçkilərini prezident və Milli Məclis seçkiləri səviyyəsinə qaldırmışıq. Bu, yerli idarəetmə seçksidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm