Əli Əsədov və Mixail Mişustin koronavirusla mübarizəni müzakirə etdilər
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov və Mixail Mişustin koronavirusla mübarizəni müzakirə etdilər

Azərbaycan və Rusiya Baş Nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

“Hökumət başçıları, Rusiyada və Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Mişustin və Əsədov, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərinə toxunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm