Nida Xəbər
Erməni təxribatının QARŞISI ALINDI - Qazaxıstanda
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daha bir erməni təxribatının qarşısı alınıb.
Bu barədə Publika.az Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, Qazaxıstan Xalqı Assambleyasının Şərqi Qazaxıstan vilayəti üzrə Ust-Kamenoqorsk şəhərində yerləşən “Dostluq Evi”nin rəsmi Feysbuk səhifəsində ermənilər aprelin 27-də yayımlanmış videoda göyərti qutabı “erməni-Qarabağ” mətbəxinə aid yemək növü kimi təqdim edib.
Dövlət Komitəsinin müdaxiləsindən sonra isə aprelin 29-da sözügedən video səhifədən silinib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 29 aprel tarixində Şərqi Qazaxıstan vilayəti üzrə “Azərbaycan Etno-mədəni Birliyi” adlı İctimai təşkilatın sədri Elvin Dəmirçiyev ilə əlaqə saxlanılıb və müvafiq tövsiyələr verilib. “Dostluq Evi”nin rəsmi şəxsləri ilə söhbətlərin aparılması, qutabın Azərbaycan mətbəxinə aid olduğunun və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun bir daha diqqətə çatdırılması tövsiyə olunub.
E.Dəmirçiyevin sözlərinə görə Şərqi Qazaxıstan vilayəti üzrə “Dostluq Evi”nin mətbuat katibi Bibulova Ayzada Erjan qızı ilə bu barədə söhbət aparılıb, Azərbaycan mətbəxi nümunəsinin ermənilər tərəfindən özlərininki kimi qələmə verilməsi, həmçinin Azərbaycan ərazisi olan Qarabağın ermənilərin olması barədə fikirlər söylənilməsinin yol verilməz olduğu diqqətə çatdırılıb. Eyni zamanda, gələcəkdə belə təxribat xarakterli hərəkətlərə imkan verilməməsi xahiş olunub.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”